Texnoparklar malik olduğu struktur bölmələrlə sxematik olaraq, hər bir ideya, səmərəliləşdirici meyarlar və perspektivli nəticələr üçün açıq bir sistemdir. Burada tədqiqatçıların, yaradıcı gənclərin təmsilolunma hüquqları böyük əhatədə formalaşır. Bununla da, ümumilikdə, Texnoparklar ideyalar, layihələr və təşəbbüslər mərkəzi olmaqla, eyni zamanda, təhsildə və iqtisadi inkişafda onların dəyərləndirilməsi proseslərində təcrübə mərhələsinə müsbət töhvə verir.

Təhsildə və iqtisadi inkişafda texnoparkların rolu” beynəlxalq simpoziumu yeni iqtisadi idarəetmə mərhələsində texnoloji təsisatların və innovasiyaların iqtisadi inkişafda və təhsildə rolunun səmərəli nəticələrinin müzakirə olunması və yeni layihələrə zəmin yaratması istiqamətində mühüm töhfə verəcəkdir.

Bura dəvət olunan əcnəbi və yerli tədqiqatçılar konfrans zamanı həmkarları arasında ən son araşdırmalarını və fikirlərini bölüşəcəklər.

Beynəlxalq Simpoziumun keçirilməsinin əsas məqsədi müvafiq mövzu üzrə elm adamlarının çoxistiqamətli elmi araşdırma nəticələrinin kompleksləşdirilməsi, sistemləşdirilməsindən ibarətdir. 

Qeyd:
Konfransda Naxçıvan Muxtar Respublikasından müraciət edən tədqiqatçıların və iştirakçıların oflayn (fiziki) formada iştirakı zəruridir. Xahiş olunur, bu qaydaya əməl edəsiniz və qeydiyyatdan keçərkən oflayn seçim edəsiniz. Bu, tədbirin daha səmərəli şəkildə təşkili və qarşılıqlı əlaqənin gücləndirilməsi məqsədi daşıyır.

KONFRANS MATERİALLARININ TƏRTİBİ QAYDASI

Kağızın ölçüsü: A4

Boş sahə: hər tərəfdən 2 sm

Şrift: Times New Roman, 12 pt

Sətirarası interval: 1,15 sm.

Abzas: 1,25 sm

Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə

İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə

E-poçt ünvanı: ortadan, qalın şriftlə

Açar sözlər (5-7 söz): Azərbaycan, ingilis və rus dillərində

Xülasə (250 sözədək): məqalənin yazıldığı dildən başqa iki dildə

Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)

Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə. Nümunə üçün: (Səmədova, 2024, s. 393)

Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.

Nümunə üçün:

1. Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.

2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.

3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46