Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbir Azərbaycanda keçirilmişdir.

Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı” Ekoloji  Tarazlıq və Davamlı İnkişaf  konfransı qlobal miqyasda orqanik məhsullara artan istehlak tələbini, daha sağlam və davamlı həyat tərzinə keçidini əhatə edir. Respublikamızın müxtəlif regionlarına və bölgələrinə uyğunlaşdırıla bilən təcrübələrin təşviq edilməsində orqanik kənd təsərrüfatının rolunu vurğulayır.

Respublikamızın bir çox bölgələrindən dəvət olunan tədqiqatçılar konfrans zamanı həmkarları arasında ən son araşdırmalarını və fikirlərini bölüşəcəklər.

Müasir dövrdə istehsalçıların sintetik gübrələrdən, pestisidlərdən və insektisidlərdən istifadə etməkdənsə, heyvan peyini və bitki tullantıları kimi bioloji mənşəli gübrələrdən istifadə edərək məhsul istehsal etməlidirlər. Orqanik kənd təsərrüfatı təcrübələrinin torpaq eroziyasını azaltmaq, qida maddələrinin yeraltı sulara emulsiyasını minimuma endirmək və tullantıların təkrar emalı kimi bir çox ekoloji faydaları vardır. 

KONFRANS MATERİALLARININ TƏRTİBİ QAYDASI

Kağızın ölçüsü: A4

Boş sahə: hər tərəfdən 2 sm

Şrift: Times New Roman, 12 pt

Sətirarası interval: 1,15 sm.

Abzas: 1,25 sm

Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə

İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə

E-poçt ünvanı: ortadan, qalın şriftlə

Açar sözlər (5-7 söz): Azərbaycan, ingilis və rus dillərində

Xülasə (250 sözədək): məqalənin yazıldığı dildən başqa iki dildə

Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)

Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə. Nümunə üçün: (Səmədova, 2024, s. 393)

Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.

Nümunə üçün:

1. Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.

2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.

3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46