Hörmətli Tədqiqatçılar!
Sizi 01-02 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində keçiriləcək “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq Elmi Konfransında iştirak etməyə dəvət edirik. Konfrans üz-üzə və onlayn formatda təşkil ediləcəkdir.
Bu konfrans innovasiya və texnoloji inkişaf sahəsindəki nəzəri və praktiki yeniliklərin müzakirəsi, yeni tədqiqat istiqamətlərinin yaradılması və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün xüsusi bir platformadır. Naxçıvanda keçiriləcək bu beynəlxalq tədbirdə təqdim olunan orijinal tədqiqatlar elmi standartlara uyğun olaraq incələnəcək və konfrans materialları xüsusi nəşr olaraq çap ediləcəkdir.
Konfransda iştirak edərək innovasiya və davamlı inkişaf sahəsindəki dəyərli töhfələrinizi bizimlə paylaşmağınızı arzu edirik.
“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq konfransın materialları beynəlxalq kriterilərə uyğun indeksləşmiş, hər bir məqalə DOİ kodu ilə elektron və çap variantında nəşr olunacaq.
“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq konfransa təqdim olunan, hakim yoxlamalarından keçmiş, müsbət rəy almış və aşağıdakı jurnalların şərtlərinə cavab verən məqalələr bu jurnalların nəzərdən keçirilməsi prosesi vasitəsilə tam mətn formatda nəşr olunacaq:
Konfransla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə edə bilərsiniz.
Xülasə və məqalə göndərmək üçün: https://konfrans.ndu.edu.az/conferences/suni-intellekt-nezeriyyeden-praktikaya-ii-beynelxalq-elmi-konfrans/qeydiyyat
Əlaqə:
Tel: (036) 544 08 61 (1014)
(+994) 51 318 85 39 (Elnarə Allahverdiyeva)
(+994) 50 398 25 04 (Cavanşir Zeynalov)
Tədbirin keçirildiyi yer: Naxçıvan Dövlət Universiteti
Tarix: 01-02 oktyabr 2025
Hörmətlə, “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq Elmi Konfransının təşkilat komitəsi
Son tarix: 25 Avqust 2025
Son tarix: 3 Sentyabr 2025
Yayım tarixi: 22 Sentyabr 2025
Yayım tarixi: 10 Oktyabr 2025
Dillər: Azərbaycan, türk, ingilis və rus dilləri
Yer: Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi