"III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi”nin əsas məqsədi duz mədənlərinin təbii müalicə kompleksinin geoloji, tibbi, ekoloji və turizm potensialını elmi müstəvidə araşdırmaq, bu sahədə aparılan son yenilikləri və tədqiqat nəticələrini beynəlxalq alim və mütəxəssislərlə paylaşmaq, multidissiplinar əməkdaşlıq imkanlarını genişləndirməkdir. Konqres həmçinin Duzdağın sağlamlıq turizmi, speleoterapiya və alternativ müalicə üsulları baxımından imkanlarını daha da tanıtmaqla regionun davamlı inkişafına töhfə verməyi hədəfləyir.
Gözlənilən Nəticələr:
Qeyd:
Konqresə Naxçıvan Muxtar Respublikasından müraciət edən tədqiqatçıların və iştirakçıların oflayn (fiziki) formada iştirakı zəruridir. Xahiş olunur, bu qaydaya əməl edəsiniz və qeydiyyatdan keçərkən oflayn seçim edəsiniz. Bu, tədbirin daha səmərəli şəkildə təşkili və qarşılıqlı əlaqənin gücləndirilməsi məqsədi daşıyır.
KONFRANS MATERİALLARININ TƏRTİBİ QAYDASI
Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (5-7 söz): Azərbaycan, ingilis və rus dillərində
Xülasə (250 sözədək): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 5-8 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə. Nümunə üçün: (Səmədova, 2024, s. 393)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əks olunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.
Nümunə üçün:
1. Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, 116-127.
2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, 393-407.
3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, 41-46