“I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı”nın (ICCHST – NAXÇIVAN 2026) əsas məqsədi mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı sahəsində aparılan müasir elmi tədqiqatların müzakirəsi, elmi fikir mübadiləsinin təşviqi və bu istiqamətdə beynəlxalq əməkdaşlıqların gücləndirilməsidir. Konfrans Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmaqla, Türk dünyasının ortaq mədəni irs dəyərlərinin elmi əsaslarla tanıdılması və gələcək nəsillərə ötürülməsini hədəfləyir.
Konfransın missiyası tarixi, arxeoloji və mədəni irsin qorunması ilə dayanıqlı turizm arasında balansın yaradılmasına töhfə vermək, bu sahədə innovativ yanaşmaların, ağıllı turizm modellərinin və ekoloji dayanıqlılığın elmi müstəvidə təşviqini təmin etməkdir. Eyni zamanda konfrans Türk dünyası ölkələrinin elmi və mədəni potensialını bir araya gətirərək, gənc tədqiqatçıların elmi inkişafına və beynəlxalq akademik şəbəkələrin formalaşmasına şərait yaratmağı qarşısına məqsəd qoyur.
Gözlənilən nəticələr
Konfransın keçirilməsi nəticəsində mədəni irs və dayanıqlı turizm sahəsində mövcud problemlərin və innovativ həll mexanizmlərinin elmi əsaslarla təhlil edilməsi və sistemləşdirilməsi, Türk dünyası ölkələri arasında mədəni irsin qorunması və turizmin inkişafı istiqamətində vahid və koordinasiyalı yanaşmaların formalaşdırılması, ağıllı turizm, qonaqpərvərlik menecmenti və ekoloji dayanıqlılıq sahələrində yeni elmi tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasının təşviq olunması və akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi, etik prinsiplərə əsaslanan yüksək keyfiyyətli elmi məqalələrin nəşri vasitəsilə konfransın davamlı elmi irsinin formalaşdırılması, eləcə də əldə olunan elmi nəticələrin təhsil, iqtisadiyyat və turizm siyasətinin inkişafına töhfə verəcək şəkildə yayılması və tətbiq imkanlarının artırılması gözlənilir.
Konfransa təqdim edilən məqalələr aşağıdakı tələblərə uyğun şəkildə tərtib edilməlidir:
Nümunələr: